Modern.az

Xankəndi hava limanı istifadəyə verildi - Qondarma DQR-dən təxribatçı xəbər

Xankəndi hava limanı istifadəyə verildi - Qondarma DQR-dən təxribatçı xəbər

Dünya

1 Oktyabr 2012, 17:04

Xankəndi hava limanı rəsmən istifadəyə verildi. Modern.az “News.am” saytına istinadən bildirir ki, bu məlumatı qondarma Dağlıq Qarabağ Respublikasının “Mülki Aviasiya Xidməti”nin rəhbəri Dmitri Atbaşyan deyib.

“Rəsmi şəkildə sertifikat alınıb. Bu iki şeyi sübut edir-hava limanının beynəlxalq standartlara cavab verməsini və sərnişin daşıma hüququnu”. O həmçinin bildirib ki, sertifikatı hələ sentyabrın 28-də əldə ediblər.
“Biz kollektivlə görüşdük. Və onun 35 üzvinə hava limanının işə salınmasında fəaliyyətinə görə diplom verildi”.

Məlumata görə, uçuşlar Xankəndindən İrəvana və əksinə olacaq. İlk uçuşun bu ay olacağı bildirilir.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi