Modern.az

Azərbaycanda yoluxma kəskin azaldı

Azərbaycanda yoluxma kəskin azaldı

7 İyun 2021, 17:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir