Modern.az

Deputatdan “Azərenerji”yə sərt tənqid…

Deputatdan “Azərenerji”yə sərt tənqid…

9 Fevral 2010, 17:26

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc fevralın 9-da baş verən respublika miqyaslı enerji qəzasına görə “Azərenerji” ASC-nin fəaliyyətini tənqid edib. Bakı şəhərinin və ölkənin digər rayonlarının işıqsız qalması ilə nəticələnən bugünkü enerji qəzasını “yolverilməz hal” kimi dəyərləndirən millət vəkili bildirib ki, ölkə rəhbərliyi tərəfindən büdcənin çəkili hissəsinin bu sahəyə yönəldilməsinə baxmayaraq, hələ də problemlər qalmaqdıdar. “Hesab edirəm ki, baş vermiş bu qəza ciddi məsuliyyət yaradır. Bütün bunlara görə, məsuliyyəti adıçəkilən qurum daşıyır. Belə bir hadisə təkrarlanarsa bu onlar üşün ağır nəticələr yaradacaq”-deyə deputat Modern.az–a bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir