Modern.az

Həkim-eksperti vuran keçmiş əlilə cinayət işi açıldı

Həkim-eksperti vuran keçmiş əlilə cinayət işi açıldı

Aktual

8 İyun 2021, 15:35

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, agentliyin həkim-ekspertini yumruqla vurub, ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə  istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, Şamayıl Mustafayevin aqressiv davranmasına səbəb əlillik dərcəsinin ləğv edilməsi olmuşdu.

 

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var