Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı videogörüntülər yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılmış görüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır:
"Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".