Modern.az

Bakı Şəhər Halqası sürücülərə müraciət etdi: Bu yol bağlı olacaq

Bakı Şəhər Halqası sürücülərə müraciət etdi: Bu yol bağlı olacaq

Aktual

8 İyun 2021, 19:26

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışı ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

 

BŞH-dən Modern.az-a verilən məlumata görə, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün iyunun 9-u, gecə saat 23:00-dan iyunun 10-u, səhər saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

 

“Sürücülərdən xahiş olunur ki, sözügedən saatlarda alternativ yollardan istifadə etsinlər və həmçinin söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar”, - məlumatda qeyd olunub.

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı