Modern.az

İcbari tibbi sığortanın xidmətlər zərfinə əlavələr olacaq

İcbari tibbi sığortanın xidmətlər zərfinə əlavələr olacaq

Aktual

9 İyun 2021, 11:14

“Mütəmadi olaraq, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan (hazırda 2550 tibbi xidmət daxildir) tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir”.


Modern.az
-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib.

İTSDA rəsmisinin sözlərinə görə, yeni xidmətlərlə bağlı hər il ciddi dəyişikliklər nəzərdə tutulur:

“Növbəti mərhələlərdə zərfə 300-dən çox yeni tibbi xidmətin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.

V.Qurbanov qeyd edib ki, əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə