Modern.az

Mətbuat yayımı firmalarının bütün rayonlarda köşkləri yoxdur

Mətbuat yayımı firmalarının bütün rayonlarda köşkləri yoxdur

9 Fevral 2010, 18:34

Respublikanın rayonlarında mətbuat yayımı ilə bağlı problemlər var. Bəzi bölgələrdə qəzet satışı köşkləri olmadığından yerli sakinlər çap mətbuatı ala bilmirlər. Bu gün rayonlarda qəzet satışını əsasən «Azərmətbuatyayım» ASC, “Qaya” və “Qasid”mətbuat yayımı firmaları həyata keçirir. “Azərmətbuatyayım” ASC-nin sədr müavini İlham Ələsgərov Modern.az-a bildirib ki, əksər rayonlarda onların köşkləri var: “Bizimlə müqaviləsi olan hər bir qəzeti bütün rayonlara göndəririk. Yerli şöbələrimiz var ki, bu şöbələr vasitəsilə respublikada nəşr olunan bütün qəzetlərin yayımını regionlarda təşkil edirik. Hazırda respublika üzrə 300-ə yaxın qəzet köşkümüz fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün rayonlarda satış nöqtələrimiz var. Qarlı günlərdə “Azərbaycan” Nəşriyyatın işaqları sönəndə biz də işləmədik. Qalan günlərdə normal fəaliyyət göstərmişik”.

“Qasid” mətbuat yayımı firmasının rəhbəri Mirkazım Kazımov bildirib ki, onların satış köşkləri 11 rayonu əhatə edir: “Rayonların adlarını dəqiq deyə bilmərəm. Ancaq təxminən 240-dək qəzet köşkümüz var. Bütün köşkləri imkanımız çatdığı qədər qəzetlərlə təmin edirik. Respublikada çıxan bütün qəzetləri göndəririk. Hər qəzetin öz oxucusu var”. “Qaya” mətbuat yayım firmasının direktoru Xanhüseyn Əliyev  rayonlarda köşklərin sayının az olmasını maddi vəziyyətlərilə bağlayır: “Hazırda 60-a yaxın köşkümüz var. Demək olar ki, bütün qəzetləri rayonlara göndəririk. Yağış və qar olanda yayımı 50%-dək azaldırıq. Son günlər də belə oldu. Ancaq bu gün rayonların heç də hamısında qəzet köşkümüz yoxdur. Çünki köşk açmaq böyük maddi vəsait tələb edir. Buna isə bizim imkanımız çatmır”. Günay MUSAYE

VA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir