Modern.az

Ramil Səfərovun atasından qəzəbli açıqlama - zabitin evləndiyi təkzib olundu

Ramil Səfərovun atasından qəzəbli açıqlama - zabitin evləndiyi təkzib olundu

2 Oktyabr 2012, 15:06

Bu günlərdə azadlığa çıxan Ramil Səfərovun evləndiyinə dair mətbuatın yaydığı xəbər zabitin ailəsini hiddətləndirib. Zabitin atası Sahib Səfərov məsələyə çox sərt reaksiya verib. Modern.az saytına açıqlamasında Sahib Səfərov oğlunun evləndiyini qəti şəkildə təkzib edib və deyib ki, bu, məlumat yalandır.

Olduqca hirsli danışan S.Səfərov “səhərdən zənglərin ardı-arası kəsilmir. Bu məlumat yalandır. Avropa bir tərəfdən Ramilin üstünə düşüb, bizim mətbuat da o biri tərəfdən. Tutasan bunu yazanların yaxasından ki, ay balam, Ramil Səfərovdan nə istəyirsiniz? Bunu kim yazıb bilmirəm, səhərdən zənglərdən bezmişəm. Hirsimdən bir stəkan çay da içə bilmirəm. Toy ha, toy deyib tutdurublar. Yalandır, bəsdirin daha, elə bil ayrı işləri, gücləri yoxdur” - deyə sərt şəkildə qeyd edib.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi