Modern.az

Gədəbəyin və Tovuzun bəzi kəndlərilə mərkəz arasında əlaqə kəsilıb

Gədəbəyin və Tovuzun bəzi kəndlərilə mərkəz arasında əlaqə kəsilıb

Təhsil

9 Fevral 2010, 18:51

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən millət millət vəkili Nazim Məmmədov Gədəbəyə seçicilərlə görüşə gedib. Modern.az saytına açıqlamasında o, bildirib ki, qar yağan zaman Gədəbəyin Şınıx bölgəsi və Tovuzun Böyük Qışlaq kəndi ilə mərkəz arasında əlaqə kəsilməsi haqqında məlumat alıb. Odur ki, rayona getməyi qərarlaşdırıb.

N.Məmmədov deyib ki, hazırda artıq seçildiyi bölgədədir. “Hesab edirəm ki, seçicilərlə onların dar günündə görüşmək daha vacibdir. Belə vaxtlarda insanların yanında olmaq gərəklidir. Bu qar paytaxtımızda ciddi problemlər yaratdı. Görün onda ucqar dağ rayonlarında vəziyyət necədir? İnsanların problemlərini araşdırmaq üçün 3 gün bölgədə olacam, kəndlərdə görüşlər keçirəcəm. Burda əhaliyə təqaüd və sosial yardımlarların hansı keyfiyyətlə verilməsi və digər sosial məsələlərlə maraqlanacam. Bundan başqa, insanların üzləşdikləri digər çətinlikləri barədə də maraqlanacam”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub