Modern.az

Ümumdünya Səhiyyə Təşkilatından Azərbaycana məktub gəlib

Ümumdünya Səhiyyə Təşkilatından Azərbaycana məktub gəlib

9 Fevral 2010, 19:26

A/H1N1 pandemik qripinə qarşı immunlaşdırmanı gücləndirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Mark Danzon tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məktub göndərilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, məktubda pandemiyanın bu gün də davam etdiyi və bu virusun hələ də xüsusilə də risk qrupuna daxil olan vətəndaşlar üçün təhlükəli olmasını nəzərə alaraq immunlaşmanı davam etdirmək tövsiyə olunub. Məktubda həmçinin bildirilir ki, xəstəliyə yoluxma halının azalması hələ bu virusa yoluxma halının azalması deyil. ÜST bəyan edib ki, pandemiya dövrünün ləğvi haqda rəsmi olaraq bəyan etməyənə kimi yoluxma riski davam edir və bunun da qarşısını yalnız vaksinasiya ala bilər.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq