Modern.az

İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı

İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı

Aktual

10 İyun 2021, 18:47

İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

 

Bu barədə Binəqədi rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Araşdırma zamanı müəyyən olunub ki, Binəqədi rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.

 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat  və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

 

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə