Modern.az

Bakı metrosunda 12 min sərnişin evakuasiya olunub

Bakı metrosunda 12 min sərnişin evakuasiya olunub

9 Fevral 2010, 20:30

Fevralın 9-da günorta saatlarında paytaxtın enerji sistemində baş vermiş nasazlıq Bakı metrosunda ciddi gərginlik yaradıb.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, saat 12.00-dan saat 14.00-dək metroya elektrik enerjisi verilməsinin dayandırılması nəticəsində 24 qatar heyəti, yəni sərnişin daşıyan 120 vaqon stansiyalarda və tunellərdə qalıb.
Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının yaxından köməyi ilə 12 min nəfərə yaxın sərnişin evakuasiya edilib. Sərnişinlər və metro işçiləri arasında xəsarət alan olmayıb. T.Əhmədov bildirib ki, metroya elektrik enerjisi verildikdən dərhal sonra, yəni saat 14.00-da bütün stansiyalarda qatarların normal hərəkəti bərpa olunub.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir