Modern.az

UEFA prezidenti Avropa çempionatının bir neçə ölkədə keçirilməsinə qarşı

UEFA prezidenti Avropa çempionatının bir neçə ölkədə keçirilməsinə qarşı

Aktual

12 İyun 2021, 00:19

“Avropa çempionatının startına şadıq. Bu, tunelin sonunda işıq, ümid verir”.

 

Modern.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

 

Sloveniyalı qurum başçısı buğun start götürən AVRO-2020 barədə fikirlərini bildirib. O, qitənin 11 şəhərində, o cümlədən Bakıda keçirilən yarışın müxtəlif ölkələrdə təşkilindən narazılığını gizlətməyib:

 

“Futbol insanlara ümid bəxş edir. Bu, bizim üçün vacibdir. Turnirin bir neçə ölkədə keçirilməsinə gəlincə, mən belə formulu dəstəkləmirəm. Düşünmürəm ki, yaxın gələcəkdə yenə belə edəcəyik” (apasport).

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı