"Gələn ildən başlayaraq, pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyanetmə halına düşəcək".
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Baş infeksionisti hazırda ölkəmizdə bir sıra qadağaların aradan qaldırıldığını diqqətə çatdırıb:
"Qarşıdakı günlərdə epidemik vəziyyət əsas məsələ olacaq. Məlum olduğu kimi, payız-qış aylarına doğru belə infeksiyalara yoluxmada müəyyən qədər artım müşahidə olunur. Eyni zamanda, o vaxta qədər peyvənd olunanların sayı daha da artacaq və bundan sonra mövcud vəziyyətə uyğun qərar veriləcək".
Həkim bununla belə deyib ki, COVID-19 bir müddət bizimlə yaşayacaq:
"Hələlik tibbi maskalardan qapalı məkanlarda istifadə edilməli, qaydalara əməl olunmalı, peyvəndləmədə aktiv iştirak olmalıdır”.