Arxiv
11 May 2021, 18:13 | ƏDƏBİYYAT
Azərbaycanda mülkiyyətçilərin hüququnu kimlər pozur?..

Azərbaycanda mülkiyyət hüququnun vəziyyəti, mövcud problemlər və cari ilin müvafiq dövründə görülən işlərə dair hesabat hazırlanıb. Modern.az xəbər verir ki, hesabatda mülkiyyət hüququyla bağlı qanunvericilikdə mövcud olan təminatlar, mülkiyyət hüququnun müdafiə vasitələrinin səmərəliliyi, mülkiyyət hüquqlarının pozuntusunu yaradan hallar və digər amillər barədə toplanmış materiallar öz əksini tapıb.

Regional Əməkdaşlıq və İcma İnkişafı Mərkəzinin rəhbəri Teyyub Mirqasımov bildirib ki, qiymətləndirmə zamanı Lənkəran, Quba, Agstafa, Agdaş, Balakən, Kürdəmir, Salyan, Sabirabad, İsmayıllı və Şəmkir rayonları üzrə mülkiyyət hüquqlarının pozulmasına dair ayrı-ayrı faktların toplanması və ümumiləşdirilməsi həyata keçirilib. Bundan əlavə, ölkədə fəaliyyət göstərən KİV-lərdə, həmçinin digər elektron informasiya vasitələrində mülkiyyət hüququna dair yer alımış materialların monitorinqi aparılıb. Həmçinin, mülkiyyət hüquqlarının ölkədaxili instansiyalarda müdafiəsinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mülkiyyət hüququna dair məhkəmə çəkişmələri diqqətdə saxlanılıb, faktlar müxtəlif mənbələrdən dəqiqləşdirilib, müfəssəl məlumatlar da toplanılıb. Bununla yanaşı, mülkiyyətçilərin pozulmuş hüquqlarının bərpa edilməsinə dair müxtəlif dövlət orqanlarına ünvanladıqları müraciətlətin nəticələrinə dair məlumatların toplanılması da təmin edilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qiymətləndirmə zamanı qanunvericilikdə vətəndaşlara verilmiş mülkiyyət hüquqlarının müxtəlif formalarda pozulduğu aşkar edilib. Onun sözlərinə görə, ən çox rast gəlinən pozuntulardan biri rayon və kənd bələdiyyələri tərəfindən mülkiyyət hüquqlarına müdaxilələri və mülkiyyətdən istifadəyə yaradılan maneələri göstərmək olar:

"Qiymətləndirmə zamanı hüquqlarının pozulduğunu iddia edən mülkiyyətçilərin təxminən 31 faizi bələdiyyələrin qanunsuz müdaxilələrindən şikayətçi olmuşlar. Monitorinq dövründə həmçinin mülkiyyətçilərə öz mülkiyyətlərində olan əmlaka dair rəsmi sənədlərin alınmasna dair süni maneələrin yaradıldığı da aşkar edilmişdir. Bu proses əlavə vaxt itkisinə səbəb olmaqla aynaşı, vətəndaşların rəsmi qurumlar tərəfindən incidilməsiylə müşahidə edilmişdir. Mülkiyyət hüquqlarının pozulduğunu iddia edən vəətndaşların ümumi şikayətçilərin 26 faizi civarında olmuşdur. Qiymətləndirmə zamanı fiziki və hüquqi şəxlər tərəfindən mülkiyyət hüquqlarına müdaxilələr də qeydə alınmışdır. Vətəndaşlara ayrılmış pay torpaq sahələrinin başqa şəxslər tərəfindən zəbt edilməsi 43 faiz təşkil etmişdir. Bu isə özlüyündə digər pozuntuların baş verməsinə imkan yaradıb. Təəssüflə qeyd etmək lazımdır ki, monitorinq dövründə dövlət orqanları tərəfindən də mülkiyyət hüququna müxtəlif formalı müdaxilələr aşkar edilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Tokio-2020”: Bayramovun ilk rəqibi müəyyənləşdi 4 Avqust 2021, 14:08 Bugünkü imtahanların nəticəsi nə vaxt açıqlanacaq? 4 Avqust 2021, 14:00 Piyadalara yol verməyən sürücülər cərimələndi 4 Avqust 2021, 13:54 Karantin toyları: Gənclərin arzusu, yoxsa pul hərisliyi? 4 Avqust 2021, 13:49 Azərbaycanda yemişin yeni sortları yaradıldı - FOTO 4 Avqust 2021, 13:48 Məhərrəm ayının başlanma tarixi AÇIQLANDI 4 Avqust 2021, 13:42 Bakıda 2 marşrutun hərəkət istiqaməti dəyişdirilir 4 Avqust 2021, 13:36 Polis Bakıda reyd keçirdi - Sürücülərə xəbərdarlıq edildi 4 Avqust 2021, 13:30 Boksçumuza bürünc medal təqdim olundu 4 Avqust 2021, 13:24 Saatlıda maşından 22 minlik oğurluq edildi   4 Avqust 2021, 13:18 Karantini pozan restoran sahibi 4 min manat cərimələndi 4 Avqust 2021, 13:12 “Jirinovski özünə hörmət qoymur, klounluq edir” 4 Avqust 2021, 13:06 ABB-dən milli paralimpiya komandasına dəstək! 4 Avqust 2021, 13:00 Arutunyan: “Rus qoşunları olmasaydı, vəziyyət tam başqa olacaqdı” 4 Avqust 2021, 12:57 Sabahın hava PROQNOZU 4 Avqust 2021, 12:53 Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?  4 Avqust 2021, 12:50 Qətlə yetirilən Sevinclə bağlı yeni faktlar: Əri ilə barışıbmış... 4 Avqust 2021, 12:45 Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə iddialara CAVAB 4 Avqust 2021, 12:40 Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək 4 Avqust 2021, 12:36 Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA 4 Avqust 2021, 12:32 Lənkərandakı meşə yanğını söndürüldü 4 Avqust 2021, 12:26 Qaxda 21 yaşlı gənci ilan sancıb 4 Avqust 2021, 12:20 Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ 4 Avqust 2021, 12:14 Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır 4 Avqust 2021, 12:08 FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA 4 Avqust 2021, 12:02 Paşinyan Rəisinin andiçməsinə qatılacaq 4 Avqust 2021, 11:56 Deputat: “Eldəniz Səlimovla danışmamışam” 4 Avqust 2021, 11:50 Paşinyanın istefasını tələb edən general İŞDƏN ÇIXARILDI 4 Avqust 2021, 11:44 Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı 4 Avqust 2021, 11:38 Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR 4 Avqust 2021, 11:32 Ağdaşda “patı” əməliyyatı - saxlanılan var 4 Avqust 2021, 11:26 Makron ermənilərə müraciət etdi: “Həmişə yanınızdayıq” 4 Avqust 2021, 11:20 Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı 4 Avqust 2021, 11:15 Ermənistan parlamenti yeni vitse-spiker seçdi 4 Avqust 2021, 11:10 Avqustda hava necə olacaq? - Proqnoz 4 Avqust 2021, 11:04