Modern.az

Ermənistanın mina xəritələrini verməsinə Rusiya mane olur - RƏY  

Ermənistanın mina xəritələrini verməsinə Rusiya mane olur - RƏY  

15 İyun 2021, 09:30

Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrini Azərbaycana təqdim etdi. Bunun qarşılığında Azərbayca 15 erməni əsiri Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verildi.

 

Bu razılaşmanı dəyərləndirən bir sıra ekspert və təhlilçi mina xəritələrinin Azərbaycana verilməsinə Rusiyanın əngəl olduğunu iddia etdilər. Arqument olaraq, rəsmi Moskva xəritələrin Azərbaycana verilməsinin tərəfdarı deyil və hətta prosesin indiyə qədər ləngiməsinin də səbəbkarıdır, gətirildi.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bu iddialarla razılaşmır.

 

“Rusiyanın prosesə mane olduğu iddiası əsassızdır. Rusiya rəsmi şəkildə hər zaman bəyan edirdi ki, erməni diversantlar qaytarılmalıdır. Rusiya başa düşməli idi ki, biz həmin erməniləri qarşılıqsız qaytarmayacağıq. Mina məsələsi də bu problemin fonunda həll edilməlidir. 

 

Mən bilmirəm ki, kim özünü mütəxəssis hesab edir. İddianı təsdiq etmək üçün tutarlı əsas ortaya qoymaq lazımdır. Rusiyanın müəyyən maraqlarının olması, bəzi siyasi oyun və təzyiqləri məlumdur. Amma ortada əsas, fakt və səbəb yoxdur. Mina xəritələrinin verilməməsi Azərbaycanın azad edilmiş ərazilərinin inkişafını ləngidir. Rusiya bunda maraqlı deyil. Onsuz da bilirlər ki, gec-tez biz bərpa prosesini yekunlaşdırıb, “Böyük qayıdış”ı həyata keçirəcəyik”. 

 

F. Şəfiyev mina xəritələrinin yoxlanılıb, dəqiqləşdiriləcəyini mütləq sayır: 

 

“Bu razılaşmada belə Ermənistana tam güvən mümkün deyil. Rusiya bilir ki, regionda bərpa proses gedəcək. Biz demişdik ki, qarşılıqsız erməni diversanltları qaytarmayacağıq. Ola bilər, Ermənistandakı seçkiqabağı hansısa oyun qurulsun, yaxud Rusiya istəsin ki, ancaq onun vasitəsilə iş aparılsın – bu ayrı məsələdir. Ümumilikdə mina xəritələrinin verilməsinə əngəl törədilməsi əsassızdır və buna tutarlı səbəb yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir