Modern.az

Azərbaycanda kombayn istehsal ediləcək

Azərbaycanda kombayn istehsal ediləcək

Aktual

15 İyun 2021, 19:04

Bu ilin sonunda Rusiyanın "Rostselmaş" müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır.

 

Modern.az bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.

 

Qeyd olunur ki, maşınlar "Azərmaş" zavodunda yığılacaq.

 

"Rostselmaş"ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: "Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar