Modern.az

Metro tüstüləndi - qatarlar gecikdi

Metro tüstüləndi - qatarlar gecikdi

16 İyun 2021, 09:35

Metronun “Əhmədli” stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

 

Bu barədə Modern.az-a məlumat evrən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub:

 

“Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətinə iki dəqiqə vaxt sərf olunub”.

 

Onun sözlərinə görə, metropolitenin iş rejimində dəyişiklik yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi