Modern.az

 “Qarabağ” “Arsenal”la qarşılaşacaq

 “Qarabağ” “Arsenal”la qarşılaşacaq

Aktual

16 İyun 2021, 10:55

Azərbaycanı bu il Konfrans Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışını davam etdirir. 

 

Modern.az-ın məlumatına görə, hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq Ağdam təmsilçisinin yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblərdən biri müəyyənləşib.

 

Qurban Qurbanov yetirmələrini Rusiya klubu “Arsenal”la görüşdə sınayacaq. Bu barədə Tula təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, Avstriya toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək Dmitri Parfyonovun kollektivi üçüncü sınağını “Qarabağ”a qarşı verəcək. Həmin qarşılaşmanın iyulun 11-də baş tutması planlaşdırılır.

 

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?