Modern.az

Daha bir ölkə PKK-nı terror təşkilatı elan etdi

Daha bir ölkə PKK-nı terror təşkilatı elan etdi

10 Fevral 2010, 11:51

Yeni Zelandiya aralarında PKK-nın da olduğu 4 təşkilatı terrorçu təşkilatlar siyahısına aldı. Modern.az xəbər verir ki, yeni  siyahıda PKK ilə yanaşı İspaniyadakı Bask bölgəsinin müstəqilliyini tələb edən ETA, Kolumbiya İnqilabi Hərəkatı (FARC), Somalidəki islamçı Eşşebab təşkilatlar yer alıb. Ölkənin baş naziri Con Key adı çəkilən təşkilatların terror təşkilatları siyahısına alınmasını Yeni Zelandiyanın beynəlxalq terrorizmlə mübarizə kampaniyasında iştirakı ilə izah edib.  Key qeyd edib ki, Yeni Zelandiyanın terror fəaliyyətləri üçün dəstək qaynağı olmaması səbəbindən hökumət qətiyyətli addımlar atmaq niyyətindədir. O, bəhs olunan 4 terrorçu təşkilatın dinc insanların və siyasi liderlərin qətli də daxil çeşidli terror  fəaliyyətlərində əli olduğunu bildirib. Ölkə mətbuatı qeyd edir ki,  terrorçu təşkilatların ölkədəki maliyyə hesabları dondurulacaq və bu qruplara yardım göstərilməsi cinayət sayılacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir