Modern.az

Sarkisyanın qardaşı oğlu həbs edildi - FOTO

Sarkisyanın qardaşı oğlu həbs edildi - FOTO

Aktual

16 İyun 2021, 13:47

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

 

Qeyd olunur ki, o, qanunsuz silah, döyüş sursatları, narkotik vasitələr saxlamaqda, eləcə də insan oğurluğunun təşkil olunmasında təqsirli bilinib.

 

N.Sarkisyan 2018-ci ilin dekabrında İnterpol tərəfindən Praqada saxlanılıb, 2019-cu ilin dekabrında Ermənistana ekstradisiya edilib.

 

O, bundan əvvəlki həbs müddəti nəzərə alınmaqla, daha 3,5 il həbsdə keçirəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır