Arxiv
17 İyun 2021, 09:30 | REPORTAJ
Şəhid oldu, doğulan körpəsini görə bilmədi - “Rembo” ləqəbli xüsusi təyinatlı... - FOTOLAR

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 14 iyun  2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən 10 hərbi qulluqçumuz hazırda itkin düşmüş sayılır.


Şəhidlərimizin sırasında ata olacağını bilən, amma o hissi yaşamadan həlak olanları var.


Övladı atasız böyüyəcək şəhidlərdən biri də Vüsal Qüdrət  oğlu Məmmədovdur.


Arayış:
Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzulinin Musabəyli kəndində anadan olub. 1999-2010- cu illərdə Füzuli rayonunun 26 nömrəli tam orta məktəbində təhsil alıb. Hərbi Dəniz Qüvvələrinin  xüsusi təyinatlı döyüşçüsü kimi dalğıc-kəşfiyyatçı vəzifəsində xidmət edib. Miçman Vüsal Məmmədov 2020-cil il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun Babı kəndindəki qəbristanlıqda torpağa tapşırılıb.


Şəhidimizin  həyat yoldaşı Zemfira Məmmədova Modern.az-a  onun gələcək  övladına sonsuz arzularından və keçdiyi döyüş yolundan söhbət açıb:


“Yoldaşım Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı idi.  Müharibənin ilk günlərində Talış kəndi istiqamətindən Cəbrayıla yol alıblar. Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Vüsal oktyabrın 12-də Cəbrayıl uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə plomyotçu olaraq savaşıb. İgidliyinə görə hərbi hissədə ona “Rembo” deyirdilər.
2016-cı ilin “Aprel döyüşləri”ndə də iştirk edib.
Ölümündən sonra Prezidentin sərəncamı ilə “Qarabağ” ordeni və  “ Vətən müharibəsi uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub”.



Zemfira xanım söhbət zamanı kövrək səsi ilə dedi ki, Vüsalın hansı arzusundan söz açsın bilmir, çünki şəhidimizin arzuları çox idi:


“Vüsal məni bibimgildə görüb bəyənmişdi.  Mart ayının 14-da ailə həyatı qurduq. Nişanlı olduğumuz vaxtlarda mənə deyərdi ki, “Hüseyn və Əli adından xoşum gəlir, çünki “Ya Hüseyn”, “Ya Əli” ifadələri mənə çox xoş təəssürat bağışlayır”.  Övladımızın olacağı xəbərini eşidəndə dedi ki, “oğlan olsa, adını Hüseyn qoyacam”.
Bir gün müayinəyə getdim və Vüsala zəng edib dedim ki, həkim övladımızın cinsiyyətini söyləyəcək, sən də eşit. Oğlumuzun olacağını eşidəndə çox sevindi.  Şəhidliyindən 3 ay sonra Hüseyn dünyaya gəldi.
Vüsalın hansı arzusundan başlayım bilmirəm, çox idi arzuları. Həmişə söyləyərdi ki, “işdən gələndə Hüseyni alacam qucağıma, ata-bala yatacağıq ki, mənimdə yorğunluğum keçsin”. Ev alcağının, Hüseynə otaq quracağının xəyalını qurardı. Bayrağı var idi, Hüseyni o bayrağa büküb xəstəxanadan çıxarmaq istəyirdi. Özü edə bilmədi, amma mən onun xəyalını gərçəkləşdirdim. Hüseyni atasının bayrağına büküb evə gətirdim.
Vüsal ali təhsil almadığı üçün ən böyük arzusu oğlunun ali təhsilli olması idi. Cəbhədən zəng vuranda  “özündən, körpəmizdən muğayat ol!” deyərdi.  Mən isə “bizdən nigaran qalma, sən özünü qoru!” söyləyərdim. Kaş yanımızda olardı...”...


Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:59 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46 Ermənilər mövqelərimizi tanklardan atəşə tutur  28 İyul 2021, 10:40 Nazir “Bakı bəyannaməsi”nin əhəmiyyətindən danışdı 28 İyul 2021, 10:34