Modern.az

Niderland 1/8 finalda

Niderland 1/8 finalda

18 İyun 2021, 00:58

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

 

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

 

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir