Modern.az

Adından, ata adından, soyadından İMTİNA EDƏNLƏR-rüsum, sənədlər...

Adından, ata adından, soyadından İMTİNA EDƏNLƏR-rüsum, sənədlər...

Aktual

18 İyun 2021, 10:22

Bu ilin ilk 5 ayında Azərbaycanda adını, ata adını və soyadını dəyişdirənlərin statistikası açıqlanıb.

 

Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında qeydiyyat orqanlarında 774 adın, ata adının və soyadın dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

 

2019-cu ildə qeydiyyat şöbələrində 2 689, 2018-ci ildə 2891 nəfər, 2017-ci ildə 3013, 2016-cı il ərzində 2967, 2015-ci ildə isə 2314 adın, ata adının və soyadın dəyişdirilməsi faktı rəsmiləşib.

 

Qeyd edək ki, müraciətlərdə əsasən vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə səbəblər kimi adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. göstərilir.

 

Qanunvericiliyə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

 

Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

 

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.

 

Qanunvericilik adın, ata adının, soyadın dəyişdirilməsinə müəyyən hallarda - ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş olduqda аdın, аtа аdının və sоyаdın dəyişdirilməsinə icazə verilmir.

 

Sоyаdın sоnluğunun dəyişdirilməsi hər bir vətəndаşın ərizəsinə əsаsən həyаtа kеçirilir. Ərizəni 18 yаşınа çаtmış vətəndаşlаrın özü, 18 yаşınа çаtmаyаn şəxslərin isə vаlidеynləri və digər qаnuni nümаyəndələri (övladlığa götürənlər, qəyyum və ya himayəçilər) təqdim еdirlər.

 

Zəruri sənədlər:

 

- Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;

- Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;

- Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

- Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

- Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

- Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

- Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

İştirak etməli olan şəxslərin siyahısı

- Uşaq 18 yaşına çatanadək onun valideynləri;

- Ərizə verən şəxsin özü;

- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

 

Dövlət rüsumunun məbləği

- 10 manat

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı