Modern.az

Nabrandakı yanğın tam söndürülüb

Nabrandakı yanğın tam söndürülüb

Aktual

18 İyun 2021, 13:34

Ötən gündən Nabranda meşə massivində başlayan yanğın bu dəqiqələrdə artıq tam söndürülüb.

 

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon FHK-nın sədri Bəxtiyar Osmanovun Modern.az-a verdiyi məlumata görə, gecə saatlarından tüstülənən yanğın ocağı indi tam söndürülüb.

 

Onun sözlərinə görə,yanəın nəticəsində 30 hektar biçilməmiş taxıl zəmisi,8 hektar meşə massivi yanıb. Yanğının söndürülməsinə FHN-nin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi,1 helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, bələdiyyə və yerli icra qurumlarının işçiləri qatılıb.

 

FHN-nin helikopteri gecə saatlarından Nabranda növbə çəkib və bu saatlarda artıq ərazini tərk edib.Yanğına insan faktoru ilə yanaşı, küləklə müşayiət olunan isti hava kütləsinin səbəb olduğu deyilir.

 

Yanğının başvermə səbəbləri araşdırılır.

 

Aytəkin ALXASLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir