Modern.az

Koronavirus düşdüyü səthdə bir neçə gün yaşayır

Koronavirus düşdüyü səthdə bir neçə gün yaşayır

Aktual

18 İyun 2021, 14:02

“COVID-19 virusunun düşdüyü səthdə nə qədər yaşaması barədə dəqiq bir məlumat yoxdur”.

 

Modern.az TƏBİB-ə istinadən xəbər verir ki, ilkin tədqiqatlar virusun səthdə bir neçə saat və bir neçə gün aralığında yaşaya bildiyini göstərir.


Bildirilib ki, virusun yaşama müddəti bir sıra amillərdən asılıdır:

“Burada səthin növü, havanın temperaturu və nəmişlik rol oynayır. Bununla belə, virusu düşdüyü səthdə məhv etmək mümkündür. Müxtəlif dezinfeksiyaedici vasitələrlə bu virusun yaşama müddətini azaltmaq olar”.

 

Rəsmi məlumata görə, bunun üçün sadəcə səthləri dezinfeksiya etmək yox, əlləri də tez-tez sabunla yumaq mütləqdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır