Modern.az

TƏBİB rəsmisi: “Bu müayinələr ödənişsizdir”

TƏBİB rəsmisi: “Bu müayinələr ödənişsizdir”

18 İyun 2021, 14:26

“Seroloji testlərlə COVID-19 pasportu və ya COVID-19 sertifikatı verilmir”.

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva bildirib.

N.Musatafayeva qeyd edib ki, məntəqələrdə peyvənd olunmamışdan əvvəl vətəndaşlar tibbi müayinədən keçirilir:

“Vətəndaşın temperaturunun olub-olmaması yoxlanılır, virusun aktiv fazasında olub-olmaması aydınlaşdırılır, təzyiqi ölçülür. Bu müayinələr ödənişsizdir”.

 

O, eyni zamanda, başqa xəstəliklərə qarşı istifadə edilən vaksinlərdə sonsuzluğa səbəb olan halların aşkarlanmadığını deyib və COVID-19 vaksinin yeni olduğunu diqqətə çatdırıb:

“Bu halların müəyyənləşməsi üçün zaman lazımdır. Amma indiydək praktikadan keçirilən digər xəstəliklərə qarşı istifadə edilən vaksinlərdə sonsuzluğa səbəb olan hallar müşahidə olunmayıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir