Modern.az

Rusiyada azərbaycanlı həkimə Fəxri professor simvolları verildi - FOTOLAR

Rusiyada azərbaycanlı həkimə Fəxri professor simvolları verildi - FOTOLAR

18 İyun 2021, 14:48

15-18 iyun tarixlərində Rusiya Federasiyasının Kurqan şəhərində akademik Q.A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində (Q. A. İlizarov Mərkəzi) görkəmli alim, dünya şöhrətli həkim travmatoloq -ortoped, akademik Q.A. İlizarovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Q.A.İlizarov Mərkəzinin Elmi Şurasında  03 mart 2021-ci ildə yekdilliklə Fəxri Professor seçilmiş Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travma şöbəsinin elmi rəhbəri əməkdar həkim, tibb üzrə elmlər doktoru, professor Qələndər Canbaxışova Fəxri professor simvolları təqdim edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir