Modern.az

COVİD-19-a yoluxmuş şəxsə 1 doza vaksin vurula bilər - TƏBİB rəsmisi

COVİD-19-a yoluxmuş şəxsə 1 doza vaksin vurula bilər - TƏBİB rəsmisi

18 İyun 2021, 14:42

“Xəstəliyi keçirmiş şəxslərə gücləndirmə məqsədilə 1 doza vaksin vurula bilər. Lakin bunun da tətbiqinə rəsmi olaraq icazə verilməyib”.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva bildirib.

 

N.Musatafayeva qeyd edib ki, peyvəndlərin tətəbiqi yenidir:

 

“Tam biri il tamamlanmayıb, hələlik məlumatlar toplanılır. İlkin məlumatlara görə, COVID-19 peyvəndinin 8 ay-1 il müddətinə qoruyuculuğu olduğu düşünülür. Bunun da zamanla görəcəyik”.

 

İnfeksionist eyni zamanda deyib ki, COVID-19 vaksini hamiləlik planlaması zamanı əks-göstəriş deyil:

“Lakin bununla belə, vətəndaşlar ginekoloq müayinəsində olsa və onun tövsiyələrinə əsasən hərəkət etsə, daha yaxşıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?