Modern.az

İki doza peyvənddən 6 ay sonra yenidən vaksin vurduracağıq? - AÇIQLAMA

İki doza peyvənddən 6 ay sonra yenidən vaksin vurduracağıq? - AÇIQLAMA

18 İyun 2021, 15:10

“İki doza peyvənddən 6 ay sonra yenidən peyvənd vurulması məsələsi müzakirə mərhələsindədir”.

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva bildirib.

N.Musatafayevanın sözlərinə görə, bu barədə klinik çalışmaların nəticələri açıqlandıqdan sonra konkret fikir bildirmək mümkün olacaq:

“Yəqin ki, nəticələr üçüncü rübdən sonra açıqlanacaq. Amma bu gün üçün belə bir qərar yoxdur”.

Nəzrin Mustafayeva bildirib ki, COVID-19-a yoluxub sağalmış şəxslər peyvənd oluna bilər. "Bu, sağlamlıq üçün əks göstəriş deyil”.

 
O qeyd edib ki, yoluxmuş və peyvənd olunmuş şəxslərdə virusa qarşı yaranmış immunitetin nə qədər qalacağı bəlli deyil:

“Bu 6 da ola bilər, 1 il də ola bilər, ömürlük də ola bilər. Ona görə də bu barədə konkret fikir bildirmək çox tezdir. Amma xəstələnib sağalan şəxsin peyvənd  vurdurması hansısa patalogiyaya səbəb olmaz. Əksinə həmin şəxsin təbii qazandığı immunitetin müddətini uzada bilər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı