Modern.az

Bu gün 38 mindən çox şəxsə vaksin vurulub

Bu gün 38 mindən çox şəxsə vaksin vurulub

Aktual

18 İyun 2021, 16:46

Azərbaycanda son sutkada 38076 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23774 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 14302 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2915954 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1908805 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1007149 nəfərdir.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var