20 iyun - bazar günü Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişin daşımaları adi rejimdə yerinə yetiriləcək.
Modern.az xəbər verir ki, bu gün futbol üzrə Avropa çempionatının Bakıda növbəti oyunu keçiriləcək. A qrupunda Türkiyə yığması İsveçrə millisi ilə qarşılaşacaq. Bununla əlaqədar müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları bazar günü adi rejimdə işləyəcək.
Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu da sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.