Modern.az

Bu gün AŞPA-nın yay sessiyası BAŞLAYIR

Bu gün AŞPA-nın yay sessiyası BAŞLAYIR

Aktual

21 İyun 2021, 09:28

Bugün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

 

Modern.az-ın xəbərinə görə, sessiya qarışıq formatda keçirilir, üzv ölkələrin nümayəndələrinə yay sessiyasında uzaqdan iştirak etmələrinə və ya Strasburqda şəxsən iştirak etmələrinə icazə verilir.

 

Sessiya çərçivəsində Avropa Şurasının Qadına Şiddətin və Məişət Zorakılığının Qarşısının Alınması və Mübarizə Konvensiyasının (İstanbul Konvensiyası) 10-cu ildönümü qeyd ediləcək, bu mövzuda debat keçiriləcək. Həmçinin sessiyada fundamental hüquqların qorunması və COVID pasportlarının və ya sertifikatlarının qanuni təsirləri müzakirə ediləcək.

 

Macarıstan xarici işlər naziri Peter Sijarto və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç sual-cavab sessiyasında iştirak edəcək. Bolqarıstan və Albaniyadakı son parlament seçkiləri ilə bağlı hesabatlar müzakirə ediləcək. Sessiyada Xorvatiya və Rusiya üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

 

“Media azadlığı, ictimai etimad və xalqın bilmək hüququ” mövzusuna xüsusi diqqət yetiriləcək. COVİD-19 pandemiyası ilə əlaqədar bir sıra aktual məsələlər gündəmdə olacaq. Sessiya ərzində Krım tatarlarının vəziyyəti, Avropanın diaspor siyasəti, Avropada afrofobiya ilə mübarizə və digər məsələlər də nəzərdən keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!