Modern.az

Meyitin yarılmaması üçün pul tələb edən şəxslə şəxslə bağlı araşdırmalar başladı

Meyitin yarılmaması üçün pul tələb edən şəxslə şəxslə bağlı araşdırmalar başladı

21 İyun 2021, 14:34

Prokurorluq sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində yol qəzasında ölən şəxsin meyitinin yarılmaması müqabilində 600 manat rüşvət istənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

 

Baş Prokurorluqdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin fakt hazırda Lənkəran rayon Prokurorluğunda araşdırılır. Araşdırmanın nəticəsindən aslı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində rüşvət faktı ilə bağlı video materiallar yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!