Modern.az

Dərsliklər şagirdlərin istəyinə uyğun hazırlanacaq

Dərsliklər şagirdlərin istəyinə uyğun hazırlanacaq

21 İyun 2021, 15:05

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib. Hər bir dərslik üzrə sorğuya daxil olaraq  irad və təklifləri yazmaq  mümkündür.

 

Qeyd edək ki, Təhsil Nazirliyi bu il ilk dəfə olaraq şagirdlərin fikirlərini öyrənməyi planlaşdırır və onları bu sorğuda yaxından iştiraka dəvət edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar