Modern.az

Deputat Şəhid jurnalistlərin ölümünü AŞPA-da qaldırdı

Deputat Şəhid jurnalistlərin ölümünü AŞPA-da qaldırdı

21 İyun 2021, 15:20

Azərbaycanlı deputat AŞPA-da minaya düşən Azərbaycan jurnalistləri haqqında danışıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov bu gün AŞPA-nın işə başlayan yay sessiyası zamanı çıxışında işğaldan azad edilən Azərbaycan torpaqlarında aparılan quruculuq işlərindən söz açıb.

 

"Biz Qarabağı yenidən inşa edirik. Ancaq hazırda ən başlıca problemlər minalardır. Biz 15 erməni əsiri 97 min minanın basdırıldığı ərazinin xəritəsi ilə dəyişdik. Ancaq bildiyiniz kimi, ötən sessiyada erməni nümayəndə heyəti belə xəritələrin mövcudluğunu inkar edirdi. Bir neçə həftə öncə isə iki Azərbaycan jurnalisti minaya düşərək həlak oldu. Bu, beynəlxalq hüququn, üçtərəfli bəyanatın pozulmasıdır", - deyə o vurğulayıb.

 

K. Cəfərov qeyd edib ki, Ermənistan mina xəritələrini vaxtında Azərbaycana təhvil verməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir