Modern.az

QHT təmsilçiləri azad olunmuş bölgələrə getmək istəyirlər - Amma aparan yoxdu

QHT təmsilçiləri azad olunmuş bölgələrə getmək istəyirlər - Amma aparan yoxdu

Aktual

21 İyun 2021, 15:46

“Qeyri-hökumət təşkilatlarının təmsilçilərinin azad olunmuş bölgələrə aparılmaması bizi narahat edir”.

Bu barədə Modern.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov danışıb. O qeyd edib ki, məsələ Agentliyin Müşahidə Şurasının iclaslarında qaldırılıb:

“Bütün sahələrin insanları azad olunmuş ərazilərə baş çəkiblər, amma indiyə kimi QHT-lərin təmsilçilərinin səfəri baş tutmayıb. Bu da haqlı şəkildə insanlar arasında müəyyən narahatlığa gətirib çıxara bilər.

Qeyd edim ki, QHT nümayəndələri ayrıca deyil, ümumi bir qrupun tərkibində Ağdamda olublar. O zaman böyük bir qrup nümayəndə heyəti Prezidentin köməkçisi Hikmət Hacıyevin dəvəti ilə Ağdamda oldular. Müharibədən az bir müddət sonra idi və müxtəlif sahələrin təmsilçiləri qatılmışdılar. Pərakəndə şəkildə qatılanlar olsa d, indiyə qədər sırf QHT nümayəndə heyəti kimi bir qrup ora getməyib”.


Əvəz Həsənov yaxın zamanda problemin həll ediləcəyinə və beynəlxalq qurumların təmsilçilərinin də səfərə çağırılacağına ümid etdiyini bildirib:


“Beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçiləri diplomatik korpusun tərkibində azad olunmuş ərazilərdə olublar. Amma sırf beynəlxalq düşüncə mərkəzləri insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların nümayəndələrinin Bakıya gəlişi çox azalıb. Bir neçə nümayəndə gəlib, hökumət təmsilçilərinin müşayiəti ilə Qarabağa gediblər. Amma sırf QHT-lərlə işləyən təşkilatların nümayəndələri çox az gəlirlər. Xüsusilə pandemiya ilə əlaqədar demək olar ki, onlar yoxdurlar. Yollar tamamilə açılandan, həyat normala qayıdandan sonra ümid edirəm ki, onlar da Bakıya və azad olunmuş rayonlarımıza səfər edə biləcəklər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir