Modern.az

“Maddi imkanı aşağı olanlara kömək etmək lazımdır” - Deputat

“Maddi imkanı aşağı olanlara kömək etmək lazımdır” - Deputat

Aktual

22 İyun 2021, 11:23

Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında tələbə kreditlərindən danışıb.

 

Modern.az xəbər verir ki, dputat tələbə kreditinin əhəmiyyətini qeyd edib:

 

“182 min doktorant var. Hesab edirəm ki, bu məsələ problemi həll edəcək. Düşünürəm ki, balı yüksək olanlara yox, maddi imkanı aşağı olanlara kömək etmək lazımdır. Təhsil Nazirliyinin bu məsələni diqqətdə saxlamasini xahiş edirəm”.

 

A.Mirzəzadə hərbi xidmətə getdiyinə görə, sonradan təhsil ala bilməyən gənclərdən də danışdı:

 

“Bir çox gənclər hərbi xidmətdən qayıtdıqdan sonra təhsillərini davam etdirə bilmirlər. Mən burada neçə gəncimizin hərbi xidmətdən qayıtdıqdan sonra ali məktəbə daxil olduğu barədə statistikanı görə bilmədim. Tələbə təhsil kredit fondu ilk növbədə onlara imkan yaratmalıdır. Halbuki həmin gənclər gələcəkdə yaxşı mütəxəssis, dövlət işçiləri ola bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır