Modern.az

Təhsil Nazirliyindən müəllimlərlə bağlı yeni STATİSTİKA

Təhsil Nazirliyindən müəllimlərlə bağlı yeni STATİSTİKA

6 Oktyabr 2012, 11:19

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda ümumtəhsil məktəblərində 151 minədək müəllim çalışır. Onlar 1304750-dək şagirdin təlim-tərbiyəsi ilə məşğuldur. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 330 ümumi təhsil müəssisəsi var. Həmin məktəblərdə 29870 müəllim 311700-dək şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.  Ölkəmizdə hazırda 108 ilk peşə-ixtisas təhsili müəssisəsi var. Bu müəssisələrdə 4062 nəfər rəhbər və mühəndis pedaqoji işçi, 1453 nəfər isə istehsalat təlimi ustası çalışır. Yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.  Azərbaycanda xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri də daxil olmaqla 58 dövlət orta ixtisas məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə çalışan müəllimlərin sayı isə 9000-dən artıqdır.  Hazırda respublikamızda 36 dövlət və 14 özəl ali məktəb fəaliyyət göstərir. Ali məktəblərin professor-müəllim heyətinin sayı 14700 nəfərə yaxındır.
Modern.az 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər