Modern.az

Bazar günün hava proqnozu verilib

Bazar günün hava proqnozu verilib

6 Oktyabr 2012, 14:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.  
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bazar günü gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı