Modern.az

Türkiyəli azərbaycanlı rektor Bakıya gəldi, BDU ilə müqavilə imzaladı - FOTO

Türkiyəli azərbaycanlı rektor Bakıya gəldi, BDU ilə müqavilə imzaladı - FOTO

6 Oktyabr 2012, 14:44

Bu gün Türkiyə Cümhuriyyətinin Giresun Universitetinin rektoru, professor Aygün Attar və Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Park Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov hər iki universitetin rektoru ilə keçirdiyi görüşləri xatırladıb və həmin danışıqların nəticəsi olaraq bu gün imzalanacaq əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıb.
Rektorlar – Aygün Attar və Çul Park Abel Məhərrəmovla keçirdikləri görüşləri səmərəli hesab edib və bu müqavilənin universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra hər iki universitetlə ayrı-ayrılıqda əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsini, ikitərəfli birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmazalanma mərasimindən sonra çıxış edən rektorlar – Abel Məhərrəmov, Aygün Attar və Çul Park müqavilənin işlək olacağına, yaxın vaxtlarda səmərə verəcəyinə inandıqlarını qeyd ediblər. Mərasimindən sonra qonaqlar tədris və elmi-tədqiqat laboratoriyaları, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.





Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi