Modern.az

Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli komissiyanın fəaliyyəti bərpa olunacaq

Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli komissiyanın fəaliyyəti bərpa olunacaq

23 İyun 2021, 13:30

Ermənistanda yeni hökumət formalaşdıqdan sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Ağdamda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə deyib.

 

Ş.Mustafayev bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu kifayət qədər konstruktiv fəaliyyət göstərir:

 

“Bilirsiniz ki, Ermənistanda seçki prosesi gedir, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra işçi qrupunun fəaliyyəti davam etdiriləcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar