Modern.az

“Avropa Qapıları”nın direktoru: “Bəzi şirkətlər bu cür ucuz kampaniyaya əl atırlar”

“Avropa Qapıları”nın direktoru: “Bəzi şirkətlər bu cür ucuz kampaniyaya əl atırlar”

Təhsil

6 Oktyabr 2012, 15:37

 “Avropa Qapiları” uzun illərdir ki, yüksək səviyyədə , müasir standtartlara uygun olaraq qapılar istehsal edir.Əhaliyə xidmətimizdən də hamı razıdır. Müştərilərimiz də bizim xidmətimizdən razıdırlar. İndi bir nəfər ortalıga düşüb, nəsə danıçırsa mətbuat da ona fikir verməməlidir. Kimsə işimizdən narazıdırsa, gəlib problemini həll etməlidir”. 

Bu sözləri Modern.az saytına şirkətin direktoru Aqil Qasımov deyib. Şirkətdə yoxlamalar olması barədə açıqlamaya gəlincə A.Qasımov deyib ki, böyük müəssisədə yoxlamanın olması təbiidir: “Biz fəaliyyətimizi qanunauygun olaraq, qurmuşuq. Əgər problem ortaya çıxırsa onu da həll edirik. “Gəlib, baxa bilərsiniz, işimiz yüksək səviyyəd davam edir. Görünür, bizimlə rəqabətə davam gətirə bilməyən bəzi şirkətlər bu cür ucuz kampaniyaya əl atırlar”.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi "Tağıyev" şirkəti tərəfindən istehsal olunan və şikayətçinin mənzilində quraşdırılmış "Avropa Qapıları" nişanlı qapıların keyfiyyətsiz olduğunu bildirib.

Məsələdə adı hallandırılan keçmiş deputat Baba Tağıyev isə mediaya açıqlamasında uzun illərdir ki, bizneslə məşğul olmadığını, hazırda ictimai  fəaliyyətdə olduğunu bildirib.

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar