Modern.az

İcra başçısının oğlu saxlanılıb?

İcra başçısının oğlu saxlanılıb?

6 Oktyabr 2012, 16:17

Goranboy rayonu sakinlərindən Modern.az saytına daxil olan məlumata görə, İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu polis tərəfindən saxlanılıb. Məlumatda iddia olunur ki, icra başçısının “KapitalBank”ın Mingəçevir şəhər filialında çalışan oğlu maliyyə yeyintisinə görə saxlanılıb. O da qeyd edilir ki, bu addım əslində Nizaməddin Quliyevin “vurulmasına” xidmət edir. İcra başçısnın tutduğu postdan kənarlaşdırılmasına hazırlıq görüldüyü bildirilir.
Xəbərlə bağlı dəqiqləşdirmə aparmaq üçün Nizaməddin Quliyevin özü ilə əlaqə saxlamağa çalışdıq. Lakin başçının mobil telefonu qapalı olduğundan onunla danışmaq cəhdimiz alınmadı...

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir