Modern.az

Niyə peyvənd olunmalıyıq?

Niyə peyvənd olunmalıyıq?

23 İyun 2021, 18:00

 

İki ilə yaxın bir müddət ərzində bütün dünya COVİD-19 pandemiyasına qarşı mübarizə aparır. Bu xəstəlikdən qurtulmanın yeganə yolu vaksinasiyadır. əks təqdirdə xəstəliyə yoluxan şəxs təkcə özünü deyil. Ailə üzvlərini və çalışdıöı iş yerində işləyənləri də həmin xəstəliyə yoluxdura bilir. Nəticə isə çox ağıər olur. Dünyada bu xıstılikdın ölənlərin sayıə sürətlə artır. 

 

Peyvənd etdirmək xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını ala biləcək yeganə vasitədir. Vaksinasiya nəticəsində insanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm isə peyvənddən sonra virusla tanış olur. Orqanizm xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, vaksinasiyadan sonra yalnnız çox az insanlarda zəif allergiya xəstəliyi müşahidə olunmuşdur. 

 

Bu xəstəliyin ən çətin tərəfi odur ki, bu xəstəlik yaşa baxmır və hər kəs bu xəstəliyə tutula bilər. Bu cür nümunələrə həm ölkəmizdə, həm də dünyada rast gələ bilərsiniz. Əksər hallarda cavanlar xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yaradırlar. Məhz buna görə də peyvənd olunmaq  insanları xilas etmək üçün yeganə yol hesab olunur. O cümlədən, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır.

 

Peyvənd olunan insanlar özləri ilə bərabər  digər insanları da qoruyur. Belə ki, vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan aşağı olan vətəndaşlar bu zümrəyə aiddir. COVID-ə qarşı hazırlanmış vaksinlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə daşıyır. Deməli peyvənd olunmaq yaşamı seçmək deməkdir. 

 

Tarixə nəzər salsaq görərik ki, vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30%-i vəba xəstəliyindən ölmüşdür. Yüz il öncə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdur. Bu xəstəlikdən ölənlərlə Birinci Dünya müharibəsində ölənlərin sayını müqayisə etsək görərik ki, həmin xəstəlik daha çox insanı məhv edib. Həmçimin, 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb.

 

Peyvəndlərin tətbiqi sauyəsində ölümlərin sayı azalmağa başlamışdır. Ötən əsrin 60-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in  verdiyi məlumata görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. 

 

Pandemiya təkcə insanların sağlamlığına deyil, insan həyatə ilə bağlı olan hər şeyə mənfi təsir göstərir. Həmin xəstəliyin üzündən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilməmişdir. Təhsilə dəymiş bu ziyanı yalnız sürətli peyvəndlənmə yolu ilə aradan qaldırmaq mümkündür.

 

Eyni zamanda pandemiyanın güclü ziyan vurduğu sahələrdən biri də iqtisadi sahədir. Lakin vaksinasiya yolu ilə insanlar turizm, iaşə obyektləri və sair sahələri ağır durumdan çıxara bilər. Eyni zamanda, peyvəndləmə nəticəsində mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) və insanların gündəlik həyatında  yenidən sosial fəallıq əldə oluna bilər. Vaksinasiya nəticəsində səhiyyəyə düşən yük azalacaq və həkimlər öz gücünü digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər

 

Pandemiyanın başlandığı ilk günlərdən Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Ötən ilin 27 fevral tarixindən isə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılmışdır ki, bu qərargah hələ də fəaliyyətini uğurla davam etdirir. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda demişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Məhz bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda xəstəliklə mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Ona gərə də uzaqgörən və çevik qərarlar dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında Azərbaycanın ilk cərgədə qərarlaşmasına səbəb oldu. 

 

Dövlətimiz əhalinin sağlamlığını prioritet məsələ hesab etdiyinə görə, Nazirlər Kabineti tərəfindən 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində ölkəmiz vaksinasiya sahəsində də mühüm uğurlar qazanmışdır. Belə ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var və onların hər biri səmərəli və təhlükəsizdir. Hazırda Azərbaycanda 3,5 milyon peyvənd olunan və 335 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs mövcuddur. Əgər ölkə əhalisinin 70-80%-dən çoxunda kütləvi immunitetin yaranarsa, onda epidemioloji sabitlik yarana bilər. Xalqımız Vətən müharibəsində “Biz birlikdə güclüyük!” şüarı ilə qalib olduğu kimi, v düşüncə ilə qələbə qazanacaq.

 

Tamerlan Əkbərov

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri,

Nərimanov Bələdiyyəsinin komissiya sədri,  fəal gənc 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı