Modern.az

Şeyxin kəndində əhali yolu bağladı

Şeyxin kəndində əhali yolu bağladı

6 Oktyabr 2012, 16:49

Lənkəranda narazı vətəndaşlar avtomobil yolunu bağlayıb. Modern.az-ın məlumatına görə,  Şağlaser kəndi ilə Cil kəndi arasındakı körpünü bağlayan vətəndaşlar Vilvan kəndindən Zövlə kəndinə qədər yolun təmirini tələb ediblər.
Prezident İlham Əliyevin Lənkəranın dağ kəndlərinə gedən yolların təmiri və çəkilməsilə bağlı sərəncamında Günəhir və digər dağ kəndləri əks olunsa da, sənədə Vilvan- Cill-Xarxatan Şağlaser, Zövlə kəndlərindən keçən yolun təmiri salınmayıb. Vətəndaşlar bərbad halda olan yolun təmir edilməsini istəyiblər.
Aksiya yerinə Lənkəran icra başçısının müavinləri və polislər gəlib. İcra hakimiyyətindən məsələnin araşdırılacağını vəd ediblər. Aksiya dinc şəkildə davam edib.
Qeyd edək ki, aksiyanın keçirildiyi Cil kəndi QMİ sədri hacı Allahşükür Paşazadənin doğma kəndidir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir