Modern.az

Dünyanın tanınmış onkoloqları Bakıya gəldilər

Dünyanın tanınmış onkoloqları Bakıya gəldilər

6 Oktyabr 2012, 20:28


Oktyabrın 6-da Bakıda Milli Onkilogiya Mərkəzi  Türkiyənin Bayandır xəstəxanasının həkimləri ilə birlikdə “Onkoloji və hemotoloji problemlərə müasir baxış” adlı simpozium keçirib.

Modern.az xəbər verir ki, tədbirin məqsədi iki ölkə onkoloqları arasında əlaqələrin inkişaf etdirilməsi olub. Simpoziumda Azərbaycan və qardaş Türkiyənin dünyaca məşhur onkoloqları iştirak edib. Milli Onkologiya Mərkəzinin baş direktorun müavini Fuad Quliyev  jurnalistlərə açıqlamasında tədbirin mahiyyətindən danışıb və ölkə səhiyyəsinin inkişafına toxunub. F.Quliyev bildirib ki, bu gün Azərbaycan səhiyyəsi sistemində əldə olunan naliyyətlər dünya standartlarına yaxınlaşıb.

“Azərbaycanda səhiyyənin bütün sahələrində eyni zamanda onkologiya sahəsində də irəliləyişlər var.  Milli Onkologiya Mərkəzində göstərilən xidmət  dünya standartlarına cavab verir.
Türkiyənin Bayandır xəstəxanasından gələn sağlıq qrupu ilə birlikdə mərkəzi gəzib, onları mərkəzin  iş fəaliyyəti ilə tanış etdik. İnanıram ki, bundan sonra da  qardaş Türkiyənin təkcə Bayandır xəstəxanası yox digər xəstəxanaları ilə də əməkdaşlığımız qurulacaq. Milli Onkologiya Mərkəzi ilə təkcə Türkiyənin yox həmçinin Avropanın bir çox tanınmış xəstəxanaları ilə əməkdaşlıq protokolları imzanalıb”.

Bayandır Sağlıq qrupunun nümayəndəsi Əli Ural da Milli Onkologiya Mərkəzində yüksək səviyyədə şərait yaradıldığını deyib. O, son bir neçə ildə Azərbaycanda səhiyyənin çox inkişaf etdiyini bildirib. “Bu gün tezdən Milli Onkologiya Mərkəzində olduq, burada yaradılan şərait dünya standartlarından heç də aşağı deyil.  İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın qurulmasını istərdik”.

Bayandır sağlıq qrupunun nümayəndəsi Yaman Zorlutuna Bayandır xəstəxanası barədə məlumat verib. Xəstəxanın  fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi uğurlardan danışıb. “İlk xəstəxanamız 1992-ci ildə  açılıb və bu gün tibbin bütün sahələrində  xidmət göstəririk. Xəstəxanada 1300-dən çox tibbi heyət çalışır. Təkcə ötən il 87 min müayinə, 9500-dən çox əməliyyat həyata  keçirilib”. Y.Zorlutuna tədbirin təşkilatçılarına Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevə təşəkkür edib. Tədbirdə Türkiyə və Azərbaycanın  tanınmış onkoloqlarının mühaziləri dinlənildi. Ləvənt Albayraq “Xərçəngönü hüceyrələrə ümumi  yanaşma”,  Anar Əliyev “Süd vəzi xərçənglərinin diaqnoztikasında növbətçi limfa düyünü biyopsiyası”, Şərəf Kömürcü “Kolon xərçəngində müalicə hədəfləri”, Cavid Həsənzadə  “Metastatik çənbər bağırsaq xərçəngində bevacizumab-ın XELOX kimyaterapiya sxemi ilə kombinasiyanın effektivliyi”, Əli Ural “Sümük iliyi nəqli”,  Azər Əliyev “Mədə  xərçənginin cərrahi müalicəsində strateji aspektləri”, Günay Əliyeva “Yerli yayılmış uşaqlıq boyu xərçəngində kombinə olunmuş əməliyyatlar”,Nurlana Əliyeva “Onkoloji xəstələrdə xroniki ağrının müalicəsi”, Zəfər Fərəhköşə “Ezofaqus, Kardiyak və Gastrik əməliyyatı” mövzularında çıxış etdilər.  

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?