Modern.az

İlham Əliyev sərhəd bölgəsinə gedib

İlham Əliyev sərhəd bölgəsinə gedib

7 Oktyabr 2012, 19:19

Prezident Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. 

Ölkə başçısına məlumat verilib ki, 2 hektar ərazidə yerləşən park yenidən qurulub və yaşıllaşdırılıb. Parkın ərazisində açıq havada mədəni tədbirlərin keçirilməsi üçün 450 yerlik xüsusi salon yaradılıb. Parkda müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi inşa olunub. 

***
14.55

APA-nın xəbərinə görə, prezident əvvəlcə Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə mənzilinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak edib. 

Nəqliyyat naziri Ziya Məmmədov təmir edilən hissənin əhəmiyyətinin yolun regional mahiyyət kəsb etməsində olduğunu deyib. O bildirib ki, bu yol Tərtər, Ağcabədi, Bərdə, Ağdam istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verəcək. 

Prezidentə məlumat verilib ki, hazırda Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin tikintisi davam etdirilir. İnşasında 80 min ton asfalt-beton örtüyündən istifadə olunacaq yolun uzunluğu 18 kilometrdir. İkinci texniki dərəcəli yolda tikinti işlərinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulub. 

Daha sonra Tərtər rayonuna gələn prezident bu rayonda yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak edib. Burda ölkə başçısı Tərtər rayon gənclərinin nümayəndələri ilə görüşüb.

Prezident Tərtərdə Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olub. Ölkə başçısına məlumat verilib ki, burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı rayonun bir çox yerindən aydın görünür. 


Ölkə başçısı daha sonra Tərtərdə süd emalı zavodunun açılışında iştirak edib.

Prezidentə məlumat verilib ki, zavod “Gilan” MMC tərəfindən tikilib. “Gilan” holdinqin idarə heyətinin sədri Cəmil Muradov sutkalıq emal gücü 20 ton olan zavoda südün Tərtərin müxtəlif kəndlərindən gətirildiyi barədə məlumat verib. Onund eydiyinə görə, ətraf kəndlərdə beş südtoplama məntəqəsi təşkil edilib. Satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri olan zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işləyir. 

Zavodda ağartı məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. 

Zavodun istehsal bölməsində müxtəlif çeşiddə inək və qoyun pendirləri, qatıq, dovğa, ayran, kəsmik və digər ağartı məhsulları istehsal edilir. Müəssisədə pendir istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. 
Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur. 

Dövlət başçısı zavodun hazır məhsullarının nümunələrinə baxıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi