Modern.az

Makron “demokratik çöküş dilemması” qarşısında qalıb

Makron “demokratik çöküş dilemması” qarşısında qalıb

24 İyun 2021, 08:51

Ötən bazar günü Fransada keçirilən regional seçkilərin ilk turu sorğu institutlarının açıqladığı proqnozlarda gözlənildiyi bitərəfliyin daha da kəskin artması ilə qeydə alınıb.


20 iyun 2021-ci il tarixində 48 milyon vətəndaşın Fransada regional və departament seçkilərinin ilk turu üçün sandıq başına çağırıldığı seçkilər həm də 10 ay sonra keçiriləcək Prezident seçkiləri öncəsi sınaq mərhələsi də hesab olunurdu.


Seçki institutlarının ilkin təxminlərinə uyğun olaraq Fransanın Daxili İşlər Nazirliyinin bəyan etdiyi 20 iyun saat 17:00-a olan elektoratın iştirak faizi ölkədə regional seçkilərin ilk turunda hər üç fransızdan ikisindən çoxu sandıq başına getməməyi seçdiyini, rekord bitərəflik faizinin (68,5%) qeydə alındığını rəsmi şəkildə təsdiqlədi.


Regional seçkilər seçki gecəsinin əvvəlində səsvermənin bitərəflik göstəricisinin 50.09% təşkil etdiyi 2015-ci ildəki və 53,67% təşkil etdiyi 2010-cu ildəki ilk turlarla müqayisədə rekord səviyyədə olduğunu işarə edir. Aşağıda təsvir olunan deskriptiv qrafikdən də aydın görünür ki, əvvəlki regional seçkilərin ilk turunda seçicilərin bu bölgələrdən bitərəfliyi arasında yaranan boşluq 17 faizdən çoxdur.

 

Şəkil 1.
Regional seçkilərin ilk turunda iştirak nisbətinin müxtəlif illər üzrə qrafiki
(mənbə: Fransa Prezident administrasiyasının rəsmi saytı)
 

Demokratik iştirakın süqutu

Bu ilk proyeksiya, Fransada prezident mandatının 2000-ci ilin sentyabrında 5 illik bir müddətə endirilməsinə dair təşkil olunan referendumdan bəri seçkilərdə ən aşağı iştirak nisbətinə uyğun gəlir. Həmin vaxt da bitərəflik çox yüksək səviyyədə, 69.81%  nisbətində olmuşdu. Əlbəttə, bir zamanlar ümumi, bərabər və birbaşa seçki hüququyla 80% elektorat rəğbəti qazanaraq prezident seçilən Şarl de Qollun geridə qoyduğu respublika dəyərləri bu gün həqiqətən tənəzzül yaşayır. Seçkilərdə rekord bitərəflik Fransız əhalisinin demokratik iştirakının süqutunun astanasında olduğunu nümayiş etdirir. Bu nəticələr həm də öz-özlüyündə demokratik bir böhranın yeni  ifadəsidir.


Bu seçkilər Fransa parlamentində çoxluq sahibi olmasına baxmayaraq, regional seçkilərin ilk turundan 3 regionda (Hauts-de-Frans, Oksitani və Auvern-Rona-Alp) oyundankənar qalan və bütün digər bölgələrdə açıqca elektorat itirən Hərəkətdə olan Respublika (La République en marche – LREM) partiyası üçün sarsıdıcı sonluqla nəticələnib. Belə ki, Fransa prezidenti Emanüel Makronun başçılıq etdiyi Hərkətdə olan Respublika (La République en marche – LREM) partiyası bazar günü keçirilən seçkilərin ilk turunda milli səviyyədə 10%-ə çətinliklə çatıb.



Sonuncu Nazirlər Şurasının yığıncağı zamanı seçkilərdən heç bir milli nəticə çıxarmayacağına dair xəbərdarlıq etsə də, hakim partiyanın əldə etdiyi nəticələr Prezident Emanuel Makronu təcili qərarlar qəbul etməyə məcbur edəcəkdir. Çünki bazar ertəsi 21 iyun seçki qutularının ilkin nəticələri səsləndi və LREM üçün ağır məğlubiyyətin yaşandığı  məlum oldu. Regionlar üzrə namizədlər siyahısında LREM partiyasından 15 nazirin kütləvi iştirakına baxmayaraq, bazar günü açıqlanan seçkilərin ilk turunun nəticələrinə əsasən heç bir nazir irəli çıxmadı.

Deməli, Fransız xalqının hakim partiyaya olan güvəni azalmışdır. Bu, son dövrlər “Sarı jiletlilər” hərəkatının irəli sürdüyü islahatlara hökümətin biganəliyi, ölkədə aparılan pensiya və sosial islahatların səmərəsizliyi, COVID-19 böhranının fəsadlarına qarşı qabaqlayıcı iqtisadi və sosial tədbirlərin görülməsində Nazirlər Kabinetinin adekvat fəaliyətsizliyi önəmli faktorlardan olmuşdur. Fransa qanunvericilik orqanı Parlament - Senat və Milli Asambleya üzvlərinin “erməni təssübkeşliyinə” qalxması, Azərbaycan həqiqətlərinə qarşı susqunluq əvəzinə erməni lobbisinin təsiri altında siyasi sifarişlə məşğul olması fransız elektoratın səsverməyə inamının qalmamasına əsas təsir edən amillərdən olmuşdur.

Lille Universitetinin Ümumi hüquq üzrə professoru Jean-Philip Derosier belə hesab edir ki, "Fransız seçiciləri yalnız özlərinin səslərinin sayıldığını, səslərin nəzərə alındığını gördükləri zaman seçki qutusuna səs vermək üçün çıxır. "Bəzən səs verməyən bu seçicilərə qarşı" səsvermə hüquqlarından istifadə etmədiklərini, özləri üçün “çox pis oldu” deyərək, bir az həddindən artıq təmkinlilik olur. Lakin, götürdüyü miqyası, demokratik cəmiyyətimizdə tutduğu yolu nəzərə alaraq, onları dinləməliyik. Seçicilər yalnız səslərinin sayıldığını hiss etdikdə hərəkət edirlər".

 


Səid Akif oğlu Musayev

Fransanın Monteskyö Universitetinin Hüquq və siyasi elmlər üzrə magistr məzunu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin elmi işçisi

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı